“Miluoki”də iki itki
“Miluoki” “Çikaqo” ilə pley-off seriyasının ikinci oyununda (110:114) məğlub olub. Matçın gedişində “Baks”ın iki hücumçusu – Kris Middlton və Bobbi Portis zədələnib.
Middlton sol dizindəki ağrılara görə meydanı tərk etmək məcburiyyətində qalıb. 33 dəqiqə ərzində o, 18 xal, 5 ribaund, 8 məhsuldar ötürmə və 2 top toplamağı bacarıb.
Portis isə ilk rübün sonunda top uğrunda mübarizə zamanı Tristan Tampson tərəfindən üzünə zərbə alıb. Bu epizodda o, gözünü zədələyib. Bobbinin hesabında 2 xal və 2 ribaundu var.