“Miluoki”də ciddi itki
“Miluoki” ciddi itkilərlə üzləşib. Komandanın lideri Yannis Adetokumbo qarşıdakı matçı buraxacaq.
O, sağ dizindəki ağrılardan əziyyət çəkir. “Memfis”ə qarşı Yannisdən başqa daha 5 basketbolçu buraxacaq.
Bunlar Dryu Holidey, Kris Middlton, Bruk Lopes, Qreyson Allen və Pet Konnotondur. Onlar bugünkü qarşılaşmada iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Baks” müntəzəm çempionatda 1-ci yeri təmin edib. “Memfis” isə qalib gəlsə, Qərbdə ikinci olacaq.