Milnerə Premyer Liqadan müştəri
“Liverpul”un futbolçusu Ceyms Milner karyerasını Premyer Liqanın digər klubunda davam etdirə bilər. 37 yaşlı yarımmüdafiəçi “Brayton”un hədəfindədir.
İngiltərə klubu mövsümün sonunda azad agent olacaq təcrübəli futbolçunu pulsuz ələ keçirmək fikrindədir. Onun anlaşması bu ilin yayında başa çatır.
Baş məşqçi Yurgen Klopp onu komandasında saxlamaq istəyir. Lakin rəhbərlik yeni müqavilə barədə qərar verməyib.