Millinin sabiq futbolçusu klubsuz qaldı
Almaniya millisinin sabiq futbolçusu Maks Kruze klubsuz qalıb. O, “Paderborn”u tərk etdikdən sonra azad agent statusu alıb.
Hücumçu klubla müqaviləni qarşılıqlı razılaşma ilə pozub. Forvard burada cəmi 5 ay qalıb.
Onun karyerasını bitirəcəyi gözlənilir. Kruze bunadək “Volfsburq” və “Verder” kimi klublarda forma geyinib.