Millinin sabiq futbolçusu karyerasını bitirir
İngiltərə millisinin sabiq futbolçusu Cek Uilşir karyerasını bitirməyə qərar verib. Yarımmüdafiəçi bu addımı 29 yaşında atmağa məcburdur.
“Arsenal”ın sabiq oyunçusu özünə klub tapmaqda çətinlik çəkdiyi üçün belə qərara gəlib. Cek artıq məşqçilik barədə fikirləşir.
Qeyd edək ki, Uilşir ötən mövsümün sonuna qədər “Bornmut”un formasını geyindikdən sonra klubsuz qalıb.