Millinin qapıçısına 18 aylıq cəza
Fil Dişi Sahili yığmasının qapıçısı Silven Qobuo diskvalifikasiya olunub. O, 18 ay müddətinə kənarlaşdırılıb.
Bu barədə qərarı FİFA verib. Kamerunla DÇ-2022-nin seçmə oyunundan (0:1) sonra qapıçının testində dopinq aşkarlanıb. 33 yaşlı qolkiperin cəza müddəti 2021-ci il dekabrın 23-dən başlayır.