Millinin kapitanı zədələndi
Almaniya millisinin və “Barselona”nın futbolçusu İlkay Gündoğan zədələnib. 32 yaşlı yarımmüdafiəçi yığmasının Fransa ilə yoxlama oyununu yarımçıq başa vurub.
Komandasının kapitanı matçın 25-ci dəqiqəsində meydanı tərk edib. Buna İlkayın kürəyindəki ağrılar səbəb olub.
Qeyd edək ki, yoldaşlıq matçı almanların 2:1 hesablı qələbəsi ilə başa çatıb.