Millinin hücumçusuna İngiltərədən təklif
Yaponiya millisinin futbolçusu Dayzen Maeda karyerasını İngiltərədə davam etdirə bilər. “Seltik”in hücumçusu “Sauthempton”un maraq dairəsindədir. İngiltərəlilər Dayzen üçün təklif də göndərib. 25 yaşlı forvard 2022-ci ilin yanvarında Şotlandiya klubuna icarə əsasında keçib. O, yayda Qlazqo təmsilçisi ilə uzunmüddətli anlaşma imzalayıb.
Qeyd edək ki, Maeda cari mövsümün 27 oyununda 6 qol vurub.