Millinin heyətində dəyişiklik
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Yığmanın futbolçusu Rahil Məmmədov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə keçiriləcək oyundan öncəki son məşqdə zədələndiyi üçün heyətdən çıxarılıb.
Qeyd edək ki, Ukrayna – Azərbaycan matçı bu gün, Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində keçiriləcək.












