Millinin düşərgəsində ayrılıq
Macarıstanın Sombatxey şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Rahil Məmmədov komandanın düşərgəsini tərk edib.
Onun Albaniya ilə yoldaşlıq görüşündən sonra düşərgəni tərk etməsi məşqçi Arif Əsədovla öncədən razılaşdırılıb. Əvəzində viza problemi həll olunan digər müdafiəçi Elvin Bədəlov komandaya qoşulub.