Millinin daha bir üzvü “Araz-Naxçıvan”da

Millinin daha bir üzvü “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” heyətini daha bir futzalçı ilə gücləndirib. Klub ötən mövsüm “Neftçi” İK-də çıxış edən Ülvi Əliyevi rənglərinə bağlayıb.

25 yaşlı futzalçı yeni mövsümdə ölkə çempionunun uğurları üçün tər tökəcək. Artıq “qırmızı-ağlar”ın təlim-məşq toplanışına qoşulan Əliyev debütünü gələn ay keçiriləcək UEFA Çempionlar Liqasının ilkin mərhələ oyunlarında edəcək. Onu da qeyd edək ki, futzalçı Azərbaycan millisinə məhz Vitali Borisovun rəhbərliyi dövründə dəvət olunub.

ETOPAZ

Əvvəlki yazı

“Fənərbaxça”da ciddi itki

Növbəti yazı

Günün kuponu – 01.08.2024