Millinin baş məşqçisi qərarını verdi

Millinin baş məşqçisi qərarını verdi

Basketbol üzrə Serbiya millisinin baş məşqçisi Svetislav Paşiçin taleyinə aydınlıq gəlib. Bunu təcrübəli mütəxəssisin özü açıqlayıb.

O, DÇ-2023-dən sonra da postunda qalacaq. Paşiç Paris-2024 Yay Olimpiya Oyunlarında da balkanlıları çalışdıracaq.

Mütəxəssis yığmadan gedəcəyi vaxtı da açıqlayıb. O, Olimpiadadan sonra postundan ayrılacaq.

74 yaşlı çalışdırıcı 2021-ci ildən yığmaya rəhbərlik edir. Onun yetirmələri DÇ-2023-dı gümüş medal qazanıb. O, karyerası ərzində baş məşqçi kimi bir dəfə dünya (2002-də Serbiya), iki dəfə Avropa (1993-də Almaniya, 2001-də Yuqoslaviya) çempionu olub. 2003-cü ildə onun rəhbərlik etdiyi “Barselona” Avroliqanın, 2007-ci ildə “Jirna” FİBA Çelenc kubokunun qalibi adına sahib çıxıb.

ETOPAZ

Əvvəlki yazı

San-Dieqoda sensasiya

Növbəti yazı

Konate meydana qayıdır