Millimizin üzvü “Sumqayıt”da

Millimizin üzvü “Sumqayıt”da

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib. “Gənclik şəhəri” təmsilçisi Azərbaycan millisinin və Ukraynanın “Polessye” klubunun futbolçusu Emil Mustafayevlə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu mövsümün sonunadək “Sumqayıt”ın formasını geyinəcək.

Qeyd edək ki, Mustafayev bu mövsüm Ukrayna təmsilçisi ilə heç bir rəsmi oyunda iştirak etməyib.

ETOPAZ

Əvvəlki yazı

“Səbail”dən yeni transfer

Növbəti yazı

Simeone “Atletiko”da qaldı