Millimizin rəqibləri bəlli oldu

Millimizin rəqibləri bəlli oldu

Bu gün minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib. Tədbir “Ritz Carlton Baku” otelinin “Şuşa”zalında baş tutub.

Mayda Bakıda təşkil olunacaq mundialın 32 iştirakçısı 8 qrupda yer alınıb. Ev sahibi Azərbaycan yığması A qrupunda yer alıb. Millimizin rəqibləri Mavritaniya, Sloveniya və Bəhreyn olub.

A qrupu: Azərbaycan, Mavritaniya, Sloveniya, Bəhreyn
B qrupu: Rumıniya, Fransa, Çad, Özbəkistan,
C qrupu: Macarıstan, Ukrayna, İngiltərə, Türkiyə
D qrupu: Slovakiya, Bolqarıstan, Portuqaliya, Hindistan
E qrupu: Meksika, Monteneqro, Tailand, Kosta Rika
F qrupu: Qazaxıstan, ABŞ, Bosniya və Herseqovina, Polşa,
G qrupu: Çexiya, Gürcüstan, BƏƏ, Argentina.
H qrupu: Serbiya, Qana, İspaniya, İsrail

Qeyd edək ki, dünya çempionatı mayın 21-də Bakıda start götürəcək. Mundialın qalibinin adına iyunun 1-də aydınlıq gələcək.

ETOPAZ

Əvvəlki yazı

Luiş Nani Bakıda

Növbəti yazı

“Neftçi” və “Gəncə” yarımfinalda