Millimizin oyununun hakimləri müəyyənləşdi

Millimizin oyununun hakimləri müəyyənləşdi

Kişi basketbolçulardan ibarət Azərbaycan və İrlandiya milli komandalarının oyununun təyinatları açıqlanıb. DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsinin son turunun görüşünü üç fərqli ölkədən olan hakimlər idarə edəcək.

Oyuna Zdravko Rutesiç (Monteneqro), Duhan Köyiçi (Türkiyə) və Nemanya Vlahoviç (Serbiya) təyinat alıb. Matçın texniki nümayəndəsi Mehmet Keseratar (Türkiyə) olacaq.

Qeyd edək ki, sabah Bakı İdman Sarayında keçiriləcək görüş saat 17:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Paytaxtda qolsuz heç-heçə

Növbəti yazı

Van Persi “Feyenoord” yolunda