Millimizin oyununun hakimləri bəlli oldu

Millimizin oyununun hakimləri bəlli oldu

Azərbaycan millisinin iyunun 7-də Latviya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları bəlli olub. Görüşü Maltadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Trustin Farrugia Canna Luke Portelli və Roberto Vella yardım edəcək. Dördüncü hakim funksiyasını isə latviyalı Vitalis Spasyonnikovs yerinə yetirəcək.

Latviya – Azərbaycan
17:00.Skonto stadionu
Baş hakim: 
Trustin Farrugia Cann (Malta)
Baş hakimin köməkçiləri: Luke Portelli, Roberto Vella (hər ikisi Malta)
Dördüncü hakim: Vitalijs Spasjonņikovs (Latviya)

Qeyd edək ki, matç paytaxt Riqada yerləşən “Skonto” stadionunda start götürəcək.

ETOPAZ

Əvvəlki yazı

“Araz-Naxçıvan”da ayrılıq

Növbəti yazı

“Zirə” hücumçusu ilə vidalaşdı