Millimizin oyununun hakimləri açıqlandı

Millimizin oyununun hakimləri açıqlandı

Qadın futbolçular arasında Millətlər Liqasının Azərbaycan – Monteneqro oyununun hakimləri açıqlanıb. Fevralın 21-də keçiriləcək görüşü Qazaxıstandan olan hakimlər idarə edəcək.

Matçın baş hakimi Tatyana Sorokopudova olacaq. Ona Nargis Maqau və Dinara İdrisova kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elvira Nurmustafina yerinə yetirəcək.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

NTD-dən qələbə

Növbəti yazı

“Atletiko”da ciddi itki