Millimizin oyunu təxirə salındı

Millimizin oyunu təxirə salındı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb.

B Liqasının V qrupunun II turunda bu gün baş tutmalı olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız olması səbəbindən başqa vaxta keçirilib.

Qarşılaşmanın noyabrın 29-da reallaşması nəzərdə tutulub.

ETOPAZ

Əvvəlki yazı

“Zirə”dən səfər qələbəsi

Növbəti yazı

1/8 final mərhələsinin təyinatları bəlli oldu