Millimizin mövqeyi dəyişmədi
Avrokubokların qrup mərhələsinin 4-cü turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.
“Qarabağ”ın Avropa Liqasında “Bayer”ə 0:1 hesablı məğlubiyyətindən sonra Azərbaycanın mövqeyi dəyişməz qalıb.
Ölkəmiz Avropada 29-cudur. Azərbaycanın hesabında 17,875 xal var. Bu həftə keçirilən matçlardan sonra siyahıdakı qonşumuz dəyişib. Slovakiya və Bolqarıstan irəliləyib. Nəticədə Rusiya 28-ci yerə düşüb. Azərbaycan şimallılardan 0,857 xal geri qalır.