Millimizin matçının yeri müəyyənləşdi

Millimizin matçının yeri müəyyənləşdi

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib. D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş “Tarçinski Arena”da oynanılacaq.

Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, yığmamız Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

İsak üçün rekord məbləğ

Növbəti yazı

“Araz-Naxçıvan”dan yeni transfer