Millimizin matçının təyinatları bəlli oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin İngiltərə ilə səfər matçının təyinatları bəlli olub. Yığmamızın AVRO-2025-in seçmə mərhələsindəki son oyunu Xorvatiyadan olan qadın hakimlərə tapşırılıb.
İvana Martinçiç baş hakim olacaq. Ona Sanya Rođak-Karşiç və Maya Petraviç kömək edəcəklər. Sabina Boliç dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 15-də keçiriləcək qarşılaşma Bristolda baş tutacaq.