Millimizin matçının hakimləri müəyyənləşib

Millimizin matçının hakimləri müəyyənləşib

Azərbaycan – Slovakiya oyununun hakimləri bəlli olub. Millətlər Liqasının IV turunun matçını Norveç təmsilçiləri idarə edəcəklər.

Rohit Saqqi qarşılaşmanın baş hakimi olacaq. Ona Morten Yensen və Anders Olav Dale kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

Qeyd edək ki, C liqasının I qrupunun Azərbaycan – Slovakiya oyunu oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 12.10.2024

Növbəti yazı

Yığmamız reytinqdə gerilədi