Millimizin matçında fransalı hakimlər

Millimizin matçında fransalı hakimlər

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Serbiya oyununun hakimləri müəyyənləşib. Görüşə fransalı hakimlər təyinat alıblar.

Qarşılaşmanı FIFA referisi Bastyen Deşepi idarə edəcək. Ona Aleksis Oje və Parin Le Telye köməklik göstərəcək. Dördüncü hakim funksyasını Floren Batta yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 10-da Bakıdakı “Dalğa Arena”da təşkil olunacaq matç saat 19:00-da start götürəcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 08.09.2024

Növbəti yazı

Suarez milli ilə vidalaşdı