Millimizin heyəti bəlli oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi üçün heyəti müəyyənləşib. Yığmanın heyətində 25 futbolçu yer alıb.
Milli oktyabrın 7-də Şimali İrlandiya və İngiltərə yığmalarına qarşı keçiriləcək səfər oyunlarının təlim-məşq toplanışına yığışacaq. U-21 oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Belfastda Şimali İrlandiya, oktyabrın 15-də, saat 22:30-da isə Bristolda İngiltərə seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, F qrupunda yer alan komandamız oktyabrın 8-də Şimali İrlandiyaya yola düşəcək.
U-21-in heyəti:
| S. | Ad/Soyad | Klub |
| 1 | Rəvan Kazımov | Neftçi |
| 2 | Xəyal Fərzullayev | Sumqayıt |
| 3 | Rüstəm Samiqullin | Neftçi |
| 4 | Süleyman Damadayev | Qəbələ |
| 5 | Seymur Məmmədov | Sabah |
| 6 | Emin Rüstəmov | Səbail |
| 7 | Cəlal Hüseynov | Arda Kardzali (Bolqarıstan) |
| 8 | Eşqin Əhmədov | Qəbələ |
| 9 | Abdulla Rzayev | Sabah |
| 10 | Rüfət Əhmədov | Turan Tovuz |
| 11 | Rüfət Abbasov | Şamaxı |
| 12 | Mahir Həsənov | Kəpəz |
| 13 | Qurban Səfərov | Şamaxı |
| 14 | Mirəli Əhmədov | MOİK |
| 15 | Rauf Rüstəmli | Şamaxı |
| 16 | Emil Səfərov | Neftçi |
| 17 | Xəyal Əliyev | Sabah |
| 18 | Murad Vəliyev | Nomme United (Estoniya) |
| 19 | Fərid Yusifli | Turan Tovuz |
| 20 | Şahin Şahniyarov | Qəbələ |
| 21 | Zeynəddin Abdurahmanov | Cəbrayıl |
| 22 | Samir Məhərrəmli | Cəbrayıl |
| 23 | Nəriman Axundzadə | Qarabağ |
| 24 | Samir Abdullayev | Səbail |
| 25 | Ağadadaş Salyanskiy | Neftçi |












