Millimizin heyəti bəlli oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti bəlli olub. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Samir Əliyevin baş məşqçisi olduğu komandamız iyunun 7-də Bratislavada Slovakiya, iyunun 11-də isə Bakıda Bolqarıstan yığması ilə yoldaşlıq oyununda qarşılaşacaq. İyunun 1-də təlim-məşq toplanışına başlayacaq U-21 ayın 5-də Bratislavaya səfər edəcək və Slovakiya ilə görüşdən bir gün sonra geri dönəcək.
“Qarabağ” futbolçuları Azərbaycan kubokunun final oyunundan sonra iyunun 3-də milliyə qoşulacaqlar.
Yığmanın heyəti belədir:
Amin Ramazanov, Nəriman Axundzadə (hər ikisi “Qarabağ”), Xəyal Fərzullayev (“Sumqayıt”), Yusif İmanov, Seymur Məmmədov, Xəyal Əliyev (hamısı “Sabah”), Süleyman Damadayev, Qurban Səfərov, Samir Məhərrəmli (hamısı “Şamaxı”), İbrahim Ramazanov, Eşqin Əhmədov, Şahin Şahniyarov (hamısı “Qəbələ”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Abdulla Rzayev, Ramin Nəsirli (hər ikisi “Araz-Naxçıvan”), Rüfət Əhmədov, Mahir Həsənov (hər ikisi “Kəpəz”), Rüfət Abbasov, Elcan Əbilov, Ağadadaş Salyanski (hamısı “Neftçi”), Murad Vəliyev (“Nomme United”, Estoniya), Zeynəddin Abdurahmanov, Samir Abdullayev (hər ikisi “Səbail”).