Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və İsveç yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.

Portuqaliyalı mütəxəssis noyabrın 11-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:

S.AD/SOYADKLUB
1Nicat MehbalıyevSabah
2Rza CəfərovNeftçi
3Aydın BayramovZirə
4Abbas HüseynovQarabağ
5Amin SeydiyevSabah
6Rahil MəmmədovRadomiak Radom, Polşa
7Bəhlul MustafazadəQarabağ
8Zamiq ƏliyevEqnatia, Albaniya
9Bədavi HüseynovQarabağ
10Anton KrivotsyukDaejeon Hana Siti, Cənubi Koreya
11Elvin CəfərquliyevQarabağ
12Coşqun DiniyevBandırmaspor, Türkiyə
13Aleksey İsayevQarabağ
14Xəyal NəcəfovTuran Tovuz
15Ceyhun NuriyevZirə
16Mustafa ƏhmədzadəAraz-Naxçıvan
17Səbuhi AbdullazadəSumqayıt
18Emin MahmudovNeftçi
19Toral BayramovQarabağ
20Ozan Can KökçüHJK, Finlandiya
21Rüstəm ƏhmədzadəZirə
22Ramil ŞeydayevNeftçi
23Mahir EmreliNürnberq, Almaniya
24Nəriman AxundzadəQarabağ

Millimiz noyabrın 11-də toplaşacaq və Qəbələdə hazırlıq keçəcək. Estoniya seçməsi ilə oyunöncəsi son məşq noyabrın 15-də, saat 11:30-da Qəbələ şəhər stadionunda baş tutacaq. Komanda matçdan bir gün sonra – noyabrın 17-də, saat 16:00-da İsveçin paytaxtı Stokholma yollanacaq. Baş məşqçi Fernandu Santuş futbolçuları noyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da “Strouberri Arena”da İsveç yığması ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz qarşılaşmanın ardından Bakıya qayıdacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan 1 pillə irəlilədi

Növbəti yazı

“Qalatasaray”da ciddi itki