Azərbaycan klubları dünya reytinqində: “Qarabağ” 81-ci pillədə
Millimizdən yeni rekord
Azərbaycan milli komandası tarixinin yeni rekorduna imza atıb. Yığmamız 30 illik tarixində ilk dəfə ardıcıl 4 qələbə qazanıb.
Bu uğurlu seriya Millətlər Liqasında başlayıb. Belarusu 2:0, Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə məğlub edən millimiz bugünkü yoldaşlıq oyununda Moldovaya qalib gəlib – 2:1. 1993-cü ildə və 2009-10-cu illərdə ardıcıl üç qələbəni sıralayan millimiz bu dəfə seriyasını 4-ə çatdırıb.