Millimizdən səfər qələbəsi

Millimizdən səfər qələbəsi

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama görüşünü keçirib. Yerli komanda ilə üz-üzə gələn yığmamız 2:1 hesablı qələbə qazanıb.

Çimkənd şəhər stadionunda baş tutan oyunda Azərbaycanın qollarını Esra Manya (27) və Sevinc Cəfərzadə (82) vurublar.

Qeyd edək ki, tərəflər arasında ikinci oyun oktyabrın 27-də baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”da ciddi itki

Növbəti yazı

Messi “Qızıl buts”un sahibi oldu