Millimizdən səfər qələbəsi
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. B qrupunda yer alan komanda səfərdə Cəbəllütariqlə üz-üzə gəlib.
Matçın baş hakimi rumıniyalı Andrei Çivulete olub.
Oyun milli komandamızın minimalhesablı qələbəsi ilə başa çatıb – 1:0. Matçdakı yeganə qolu “Neftçi”nin futbolçusu Murad Məmmədov vurub.
Qeyd edək ki, yığma növbəti matçını 2026-cı il martın 27-də Portuqaliyaya qarşı keçirəcək.












