Millimizdən qələbə
Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-16 millisi Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq yarışa qələbə ilə başlayıblar.
Yığmamız ilk qarşılaşmada Belarus millisini 65:61 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarış dekabrın 5-dən 7-dək davam edəcək.












