Millimizdən məhsuldar heç-heçə
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Yığma Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gəlib.
6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.
19:00. Azərbaycan (U-21) – Şotlandiya (U-21) 3:3
Qollar: Xəyal Əliyev, 49 (pen), Şahin İbrahimov, 79 – David vatson, 33, Ceyms Vilson, 44, Samuel Hardinq, 90+3












