Millimizdən inamlı qalibiyyət

Millimizdən inamlı qalibiyyət

Minifutbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Yığmamız Bakıda keçirilən dünya çempionatın qrup mərhələsinin II turunun matçına çıxıb.

Elşad Quliyevin baş məşqçisi olduğu komanda Sloveniyanı sınağa çəkib. İki gün əvvəl Bəhreynlə qollu heç-heçə (1:1) edən millimiz ilk qələbəsini qazanıb. Komandamız rəqibini 4:0 hesabı ilə məğlub edib. Millimiz qrupda lider mövqeyinə yüksəlib.

Qeyd edək ki, qrupun digər matçında Mavritaniya və Bəhreyn üz-üzə gəlib. Qarşılaşma afrikalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Dünya çempionatı
Qrup mərhələsi
II tur, 23 may
A qrupu

20:45. Sloveniya – Azərbaycan – 0:4
Qollar: Elvin Əlizadə, 10. Mirmehdi Rzayev, 11. Xətai Bağırov, 25. Kamran Abdullazadə, 40

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt”dan böyükhesablı qələbə

Növbəti yazı

“Napoli” çempion!