Millimizdən inamlı qələbə
18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatı C divizionunda mübarizəyə başlayıb. Millimiz Kosovonun paytaxtı Priştinada keçirilən yarışda ilk matçına bu gün çıxıb.
B qrupunda yer alan komandamız ilk turda Albaniya ilə görüşüb. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi yığma inamlı qələbə qazanıb. Basketbolçularımız 72:53 hesabı ilə qalib gəliblər.
Qrupun digər görüşündə Gürcüstan və Ermənistan qarşılaşacaq.
Qeyd edək ki, millimiz II turda Gürcüstan, qrupdakı son matçında Ermənistanla görüşəcək.