Millimizdən ikinci qələbə

Millimizdən ikinci qələbə

Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 millisi Belarusun sabiq idman və turizm naziri, ölkənin Milli Olimpiya Komitəsinin ilk prezidenti Vladimir Rıjenkovun xatirəsinə həsr olunan XXVIII beynəlxalq turnirdə keçirdiyi ikinci oyunu da qələbə ilə başa vurub.

Yığma bu dəfə Qazaxıstandan güclü olub – 74:60.

Qeyd edək ki, U-16 turnirdəki ilk matçında Belarusu 65:61 hesabı ilə məğlub etmişdi.

ETOPAZ

Əvvəlki yazı

Keyndən xüsusi uğur

Növbəti yazı

”Şamaxı”dan böyükhesablı qələbə