Azərbaycan klubları dünya reytinqində: “Qarabağ” 81-ci pillədə
Millimizdən çempionluq
16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunun qalibi olub. Yığmamız final matçında Kiprlə qarşılaşıb.
Cəbəllütariqdə təşkil olunan turnirin həlledici oyununda türkiyəli mütəxəssis Evren Alkayanın yetirmələri 69:52 hesabı ilə qalib gəlib. Turnirdə keçirdikləri bütün görüşləri qələbə ilə başa vuran millimiz ardıcıl ikinci dəfə C divizionunun çempionu olub.
Qeyd edək ki, 3-cü yer uğrunda görüşdə Albaniya Maltaya qalib gəlib – 43:41.