Millimizdən ardıcıl 5-ci qələbə
Azərbaycan millisi növbəti yoldaşlıq matçını keçirib. Yığmamız Skopyedə Şimali Makedoniyanın qonağı olub.
Görüşdə hesabı meydan sahibləri açıb. Lakin futbolçularımız Elvin Cəfərquliyevin qolu ilə hesabda tarazlıq yaratmağı bacarıb. İkinci hissədə Musa Qurbanlı millimizi önə çıxarıb. Oyunun son dəqiqələrində isə Ramil Şeydayev matçda son nöqtəni qoyub – 3:1.
Bununla da, yığmamız tarixinin ən uzun qalibiyyət seriyasını 5-ə yüksəldib.