Millimizdən ardıcıl 3-cü qələbə

Millimizdən ardıcıl 3-cü qələbə

14 yaşa qədər oğlanlardan ibarət Azərbaycan millisi basketbol üzrə “Airom Cup” beynəlxalq turnirində 3-cü oyununu keçirib. Qazaxıstanın Atırau şəhərində təşkil edilən yarışda rəqibimiz yerli “Airom” klubu olub.

Basketbolçularımız 89:32 hesablı qələbə ilə ardıcıl üçüncü dəfə parketdən üstün ayrılıb.

Qeyd edək ki, komandamız ilk qarşılşmada Qırğızıstanın “Edelveys”inə 94:13, Rusiyanın “Devons”una 89:23 hesabı ilə qalib gəlib.

İyunun 22-də başa çatacaq turnirin ən güclüsü dairəvi sistemlə keçirilən oyunlardan sonra məlum olacaq.

ETOPAZ

Əvvəlki yazı

Prezident İlham Əliyev UFC-nin prezidentini qəbul edib

Növbəti yazı

Həbib Nurmaqomedov və İslam Maxaçev Qurban Qurbanovla görüşüblər