Millimizdən əzmkar qələbə
Millimiz bu gün növbəti yoxlama matçını keçirib. Rəqib Qazaxıstan seçməsi olub.
Görüş qazaxların üstünlüyü ilə başlayıb. Rəqib futbolçular 2 qol vuraraq hesabda önə çıxıb. Lakin yığmamız özündə güc tapmağı bacarıb. Öncə Mahir Emreli fərqlənib. Ardınca Emin Mahmudov hesabı bərabərləşdirib. Toral Bayramov isə komandamıza qələbə qazandıran topu vurub – 3:2.