Millimizdə yeni baş məşqçi

Millimizdə yeni baş məşqçi

Basketbol üzrə Azərbaycan millisinə yeni təyinat gerçəkləşib. “Abşeron” basketbol klubunun baş məşqçisi Erhan Toker yığmamızda çalışacaq.

Azərbaycanın oğlanlardan ibarət U-16 millisi türkiyəli mütəxəssisə həvalə olunub. O, yığmada da baş məşqçi funksiyasını yerinə yetirəcək. 

Qeyd edək ki, Tokerin U-16 milli ilə ilk sınağı Avropa çempionatının C divizionu olacaq. İyulun 5-13-də Albaniyada keçiriləcək yarışda komanda B qrupunda San Marino, Andorra, Lüksemburq və Cəbəllütariqlə mübarizə aparacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 21.05.2025

Növbəti yazı

Macarıstan millisinin heyəti açıqlandı