Millimiz yarımfinala yüksəldi
Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında növbəti matçını keçirib. Rəcəb Fərəczadənin yetirmələri 1/4 finalda İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Yığmamız qələbə ilə yarımfinala yüksəlib – 3:0. Komandamızın bu mərhələdəki görüşü sabah baş tutacaq.