Millimiz yarımfinala vəsiqə qazandı
Basketbolun 3×3 növü üzrə Avropa çempionatının Kosovoda keçiriləcək seçmə mərhələsinin qrupları və təqvimi bəlli olub. Azərbaycanın həm kişilərdən, həm qadınlardan ibarət komandaları oyunlarının vaxtı bəlli olub.
Kişi basketbolçularımız Kosovo və Malta ilə B qrupunda üz-üzə gələcək. Digər qrupda Kipr, İrlandiya və Albaniya yer alıb. Hər qrupdan iki komanda yarımfinala adlayacaq.
Kişilər
B qrupu
7 iyun
11:45. Azərbaycan – Malta
8 iyun
13:35. Kosovo – Azərbaycan
Qadın millimiz isə artıq yarımfinaldadır. Çünki yığmamız Kosovo ilə B qrupunda mübarizə aparacaq. Hər iki komanda yarımfinala vəsiqə qazanacağından görüş qrup birincisinin adına aydınlıq gətirəcək. A qrupunda İrlandiya, Kipr və Malta mübarizə aparacaq.
Qadınlar
B qrupu
13:10. Azərbaycan – Kosovo
Qeyd edək ki, hər 2 yarışda təsnifat mərhələsinin qalibi Avropa kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.