Millimiz Slovakiyaya məğlub oldu

Millimiz Slovakiyaya məğlub oldu

Millətlər Liqasında IV tur davam edir. Bu gün Azərbaycan yığması da növbəti matçını keçirib.

Komandamız Slovakiyanı qəbul edib. Görüş qarşılıqlı hücumlarla başlayıb. Oyunda hesabı qonaqlar açıb. Rahil Məmmədov avtoqol müəllifi olub. Lakin çox keçmədən millimiz hesabı bərabərləşdirib. Toral Bayramov fərqlənib.

İkinci yarı da eyni ssenari ilə keçib. Matçın axarını Mahir Emrelinin qırmızı vərəqə alması dəyişib. Bundan sonra irəli atılan qonaqlar Lukas Haraslin və David Duriçin qolları ilə qələbə qazanıb – 3:1.

Qeyd edək ki, Azərbaycan yığması 4 turdan sonra xalsızdır və sonuncu pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Zidan “Mançester Yunayted” yolunda

Növbəti yazı

Fernandu Santuş: “Məqsədimiz daha yaxşı futbol nümayiş etdirməkdir”