Millimiz səfərdən xalsız dönür

Millimiz səfərdən xalsız dönür

DÇ-2026-nın seçmə mərhələsi davam edir. Bu gün Avropa zonasında növbəti matçlar keçirilib.

Azərbaycan millisi Ukrayna ilə qarşılaşıb. Görüş Polşada baş tutub. Oyuna nominal meydan sahibləri üstün başlayıb. Hesab ilk yarıda açılıb. Aleksey Qutsulyak fərqlənib. Çox keçmədən Nəriman Axundzadə hesabı bərabərləşdirib.

Lakin ikinci yarıda Ukrayna yığması daha bir qol vurub. Ruslan Malinovski oyunda yekun nəticəni müəyyənləşdirib – 2:1.

ETOPAZ

Əvvəlki yazı

Kone PSJ-nin hədəfində

Növbəti yazı

Almaniyadan qələbə, İslandiyada 4 qol