Millimiz “Səbail”i məğlub etdi

Millimiz “Səbail”i məğlub etdi

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib. Yığma I Liqa təmsilçisi “Səbail”lə qarşılaşıb.

“Dalğa Arena”nın məşq meydançasında baş tutan görüş Rəşad Eyubovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmanın heyətində qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində ikinci yoxlama oyununu yanvarın 17-də Azərbaycan Premyer Liqasında çıxış edən “Şamaxı” klubuna qarşı keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

”Qarabağ”dan növbəti qələbə

Növbəti yazı

”Neftçi” Çin klubunu məğlub etdi