Millimiz reytinqdə irəliləyəcək
2024-cü ilin ilk FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb. Azərbaycan millisinin də fevralın 15-də dərc olunacaq siyahıdakı təxmini mövqeyi bəlli olub.
Hesabat dövründə yığmaların iştirakı ilə Asiya və Afrika çempionatlarının görüşləri, həmçinin yoldaşlıq matçları keçiriləcək. Lakin bu oyunlar baş tutmadan da Azərbaycan millisinin irəliləyəcəyi proqnozlaşdırılır.
Qarşıdakı matçlarda ciddi sensasiyalar olmasa, komandamız 5 pillə irəliləyəcək. Yığmamız Hindistan, Qvineya-Bissau, Tailand, Livan və Mozambiki keçəcək. 2023-cü ilin dekabrında açıqlanan siyahıda planetin 114-cüsü olacaq yığmamız yeni cədvəldə 109-cu olacaq.
Qeyd edək ki, 1855,20 xala malik Argentina liderliyini qoruyacaq.