Millimiz reytinqdə geriləyəcək

Millimiz reytinqdə geriləyəcək

Azərbaycan yığmasının keçirdiyi oyunlar FİFA reytinqinə təsir edəcək. Onlayn cədvəldə komandamız daha iki addım geriləyib.

Buna Sudan və Qvineya-Bissau yığmaları səbəb olub. Afrika təmsilçiləri xal hesablarını artırmaqla millimizi keçib.

Buna qədər Livan, Zimbabve və Komor adalarından da geri düşən komandamız artıq cədvəldə 118-cidir. Millimizin hesabında 1161,79 xal var. Bununla da ötən FİFA reytinqində 113-cü olan yığmamız ümumilikdə 5 pillə geri düşüb.

Qeyd edək ki, FİFA rəsmi cədvəlini oktyabrın 24-də açıqlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Ançelotti “200”ə çatdı

Növbəti yazı

Xavi yenidən Asiya yolunda