Yığmamız reytinqdə gerilədi

Yığmamız reytinqdə gerilədi

Futzal üzrə milli komandaların FİFA reytinqi açıqlanıb. Kişilərdən ibarət Azərbaycan yığması 1126,34 xalla dünyada 32-cidir.

Ötən siyahıda 1139,38 xalla 29-cu olan komandamız 3 pillə geriləyib. Millimiz bu müddətdə 13,04 xal itirib.

Siyahıda 139 komanda yer alıb. Cədvələ 1650,75 xala malik Braziliya başçılıq edir.

Qeyd edək ki, ölkəmizin təmsil olunmadığı qadınların siyahısında 1375,29 xalı olan Braziliya liderdir.

ETOPAZ

Əvvəlki yazı

Millimizin matçının hakimləri müəyyənləşib

Növbəti yazı

Azərbaycan Premyer Liqasında oyun cədvəlləri açıqlanıb