Millimiz Qazaxıstanda məğlub oldu
Azərbaycan millisi növbəti oyununu keçirib. Yığmamız Millətlər Liqasının 2022/23 mövsümündə mübarizəyə başlayıb.
C liqasının 3-cü qrupunda çıxış edən Canni de Byazinin yetirmələri Qazaxıstanla qarşılaşıb. Nur-Sultandakı matçın taleyi ikinci hissədə həll olunub.
Abat Aimbetov 50-ci və 57-ci dəqiqələrdə vurduğu qollar meydan sahiblərinə 2:0 hesablı qələbə qazandırıb. 2022-ci ildə keçirdiyi üçüncü oyununda da quru hesabla uduzan millimiz turnirə məğlubiyyətlə başlayıb.
Qeyd edək ki, qrupun bu gün baş tutacaq digər qarşılaşmasında Slovakiya Belarusu qəbul edəcək.