Millimiz qalib oldu

Millimiz qalib oldu

Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət 3×3 üzrə basketbol komandası beynəlxalq turnirində iştirak edib. Təmsilçimiz İsveçrənin Mies şəhərində keçirilmiş “FIBA Open”də mübarizə aparıb.

Yarışların ilk günü yoxlama oyunları baş tutub və bu matçların nəticələrinə əsasən Azərbaycan komandası A qrupunda yer alıb. Yığma Fransanı (8:2), Niderlandı (5:3) və Finlandiyanı (5:4) məğlub edərək qrupun qalibi olub.

Qeyd edək ki, turnirə ümumilikdə 14 komanda qatılıb.

ETOPAZ

Əvvəlki yazı

“İnter”dən Taremi qərarı

Növbəti yazı

“Real” Gyökereşi istəmədi