Millimiz qələbə qazandı
AVRO-2024-ün seçmə mərhələsinin növbəti matçları keçilir. Millimiz Estoniyanın qonağı olub.
Görüş yığmamızın üstünlüyü ilə başlayıb. Hesab erkən açılıb. 9-cu dəqiqədə Toral Bayramov fərqlənib. Hissənin sonlarında Rahil Məmmədov komandamıza penalti qazandırıb. Ramil Şeydayev 11 metrlik zərbəni dəqiq yerinə yetirib – 2:0. Tərəflərin səylərinə baxmayaraq matçda başqa qol olmayıb.
Beləcə Tallindən qələbə ilə dönən yığmamız xallarının sayını 4-ə çatdırıb.